London Kiyevi yeni hücumdan çəkinməyə çağırıb – KİV

London Kiyevi yeni hücumdan çəkinməyə çağırıb – KİV

Britaniyanın yüksək səviyyəli müdafiə rəsmiləri Ukrayna rəhbərliyi və hərbi komandirlərinə cəbhədə yeni hücumlar planlaşdırmaqdan və həyata keçirməkdən çəkinməyi tövsiyə edirlər.

AzerTimes xəbər verir ki, bu barədə “Sunday Tayms” məlumat yayıb.

“Bu məsləhəti Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps və Britaniya ordusunun komandanı Toni Radakin Ukraynaya səfəri zamanı veriblər. Onlar bu barədə Prezident Vladimir Zelenski, müdafiə naziri Rüstəm Umerov və ali baş komandan Aleksandr Sırski ilə görüşündə danışıblar”, – nəşr bildirib.

Teqlər: