Liviya Prezident Şurasının sədri Əliyevi təbrik etdi

Liviya Prezident Şurasının sədri Əliyevi təbrik etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, regional və beynəlxalq əlaqələrə töhfə verəcək vəzifənizin icrasında uğurlar arzulayırıq.

Liviya Dövləti ilə dost Azərbaycan Respublikası arasında yüksək səviyyəli münasibətləri vurğulamaqla yanaşı, ümumi maraq doğuran məsələlərdə Sizinlə gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik. Bütün sahələrdə və səviyyələrdə ikitərəfli əməkdaşlıq münasibətlərini möhkəmləndirən dost ölkələrimiz üçün ortaq məsələlərə xüsusi diqqət yetirəcəyinizə əminliyimizi ifadə edirik.

Dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Teqlər: