Liviya ən iri neft yatağında hasilatı dayandırıb

Liviyanın Milli Neft Korporasiyası aprelin 18-də ölkənin ən iri
neft yatağı olan Əş-Şararada hasilatı dayandırıb.

Trend-in
məlumatına görə, bu barədə şirkət bildirib.

Qeyd olunur ki, yataq ərazisində yerləşən müəssisələrin
qapanması ilə əlaqədar fors-major elan olunub.

Əş-Şararada hasilatın nə zaman bərpa olunacağı məlum deyil.

Statistikaya əsasən, bu yataqda sutkada 280 min barel neft hasil
olunur.