Liviya Afinadakı səfirini geri çağırdı

Liviya Afinadakı səfirini geri çağırdı

Liviya Milli Birlik Hökuməti Yunanıstandakı səfirini geri çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Arab21” saytı məlumat yayıb.

Məlumata görə, səfirdən Yunanıstana etiraz məktubu göndərməsi və bu ölkənin xarici işlər nazirinin Tripoliyə səfəri zamanı təyyarədən düşməkdən imtina etməsinin səbəbini öyrənməsi istənilib.

Liviya xarici işlər naziri Nəcla Mənquş Afinadakı səfir Həmad Bəşir əl-Mabruka məsələ ilə bağlı zəng edərək, bu cür addımın beynəlxalq diplomatiyaya zidd olduğunu bildirib:

“Bu cür ehtiyatsız davranış Liviyanın təhlükəsizliyi və sabitliyi üçün təhlükəli nəticələrə gətirib çıxara bilər”.

Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias Liviya paytaxtına çatdıqdan sonra təyyarədən enməkdən imtina etmiş və geri qayıtmışdı. Buna səbəb isə Liviya XİN başçısının onu qarşılamağa gəlməsi olmuşdu. Dendias Liviya XİN başçısı ilə görüşmək istəmədiyini, ancaq qarşı tərəfin bu razılaşmanı pozduğunu bəhanə edib. O, bunun əvəzində Benqaziyə gedərək, ölkənin şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftar ilə görüşüb.

Teqlər: