“Liverpul” İngiltərə Premyer Liqasında ardıcıl ikinci ev məğlubiyyətini alıb

“Liverpul” futbol komandası İngiltərə Premyer Liqasının 22-ci turunda doğma meydanında “Brayton”a məğlub oldu.

AzerTimes-ın məlumatına görə, görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qaliblərin heyətində yeganə qolu 56-cı dəqiqədə Stiven Alsate vurdu.


Qələbə “Brayton” komandasına 24 xal toplamağa və çempionatda 15-ci yerə yüksəlməyə imkan verdi. “Liverpul” ardıcıl ikinci ev məğlubiyyətini aldı. Komandanın aktivində 40 xal var, klub dördüncü yerdədir.

Teqlər: