Livanın cənubundan İsrail istiqanıtində raket atılıb

Naməlum silahlılar Livanın cənubundan İsrail ərazisi istiqamətində ən azı bir raket atıblar.

AzerTimes-ın məlumatına görə, bu barədə “El Nashra” portalı xəbər verib.

Məlumata əsasən, reaktiv atəş qurğusu Tira limanının cənubundakı Azziya rayonunda yerləşib.

Bildirilib ki, atılan raket hədəfə çatmadan dənizə düşüb.