Livan sahillərində göyərtəsində 60 nəfərin olduğu gəmi batıb

Livanın Tripoli limanı yaxınlığında göyərtəsində 60 nəfərin
olduğu gəmi batıb.

Trend xəbər
verir ki, bu barədə şənbə günü Qırmızı Xaç Cəmiyyətinin Livan
bölməsi məlumat yayıb.

Təşkilatın “Twitter”-də yaydığı məlumata görə, limana 10 təcilli
tibbi yardım avtomobili göndərilib.

Yerli KİV bildirir ki, sərnişinlərin əksəriyyəti xilas edilib,
qalanların təxliyyəsi istiqamətində işlər aparılır.

Ölənlər barədə məlumat verilmir.