Livan parlamenti 9-cu dəfə prezidenti seçə bilmədi

Livan parlamenti 9-cu dəfə prezidenti seçə bilmədi

Livan deputatları artıq 9-cu dəfədir ki, prezidenti seçməyə müvəffəq ola bilməyiblər.

AzerTimes xəbər verir ki, növbəti iclas zamanı keçirilən səsvermədə 50 yaşlı Mişel Müavvad 39 səs toplayıb. Daha 39 deputat isə bülletini boş təqdim edib, 4 bülleten isə ləğv edilib. Qalan deputatlar digər namizədlərə səs verib, ümumilikdə 105 deputat iclasda iştirak edib.

Millət vəkili İhab Matar bildirib ki, hər görüşdə Müavvada səs verən parlamentarilər onu dəstəkləməkdə davam edirlər, lakin ümumilikdə konsensus olarsa, tələblər siyahısına tam uyğun gələn başqa bir siyasətçini dəstəkləməyə hazırdırlar.

“Bizə ciddi prezident lazımdır, islahatları həyata keçirməyə hazır, dövlətin yenidən qurulması, ərəb ölkələri ilə, regiondakı qonşularla münasibətləri bərpa etmək planı var, bu münasibətlər əvvəlki dövrdə pozulub”, – deputat bildirib.

Qeyd edək ki, Livan konstitusiyasına görə, namizədlər 128 deputatın səsinin 3-də 2-ni qazanmalıdır. Səsvermədən keçəcək namizəd növbəti turda 50 faizdən çox səs toplamalıdır.

Teqlər: