Kənd təsərrüfatı, qida və yüngül sənaye sahələrində çalışan
işgüzar nümayəndə heyəti Limanla mümkün əməkdaşlıq imkanlarını
araşdırmaq üçün Bakı Limanına səfər edib.
Limandan AzerTimes-a bildirilib ki, qonaqları Bakı Limanın Əsas yük
terminalının rəisi Kamran Cəlili qarşılayıb və onlar dəniz və quru
nəqliyyat növlərini birləşdirən liman terminallarının
təkmilləşdirilmiş mexanizmləri, habelə limanın cari və gələcək
yükaşırma imkanları ilə tanış edib.
Nümayəndə heyətinin rəsmisi – Litva Respublikası Prezidentinin
müşaviri cənab Vaidas Augustianavicius Bakı Limanının dayanıqlı
inkişaf təşəbbüsləri, ətraf mühitin qorunması və regionda dairəvi
iqtisadiyyatın yaradılmasına töhfə vermək üzrə məqsədlərinin
əhəmiyyətli olduğunu bildirib.
Qeyd edək ki, qonaqların Bakı Limanı ilə tanışlığı Azərbaycan
İqtisadiyyat Nazirliyi və AzPromo -nun birgə təşkilatçılığı ilə
keçirilən Azərbaycan-Litva Biznes Forum çərçivəsində həyata
keçirilib, 20-dən çox Litvanın biznes şirkəti qeyd olunan forumda
iştirak edir.