Litvalı jurnalistdən Azərbaycanla bağlı ilginc paylaşım

Litvalı jurnalistdən Azərbaycanla bağlı ilginc paylaşım

Birinci Qarabağ müharibəsini işıqlandıran, Azərbaycan həqiqətlərini 30 il boyunca dünyaya çatdıran Litvanın tanınmış hərbi jurnalisti və fotoqrafı Riçards Lapaitis Feysbuk hesabında Azərbaycanın Müstəqilliyinin bərpası günü ilə bağlı paylaşım edib.

AzerTimes Bakupost.az-a istinadən həmin paylaşımı təqdim edir:

“Bütün Azərbaycanlıların Müstəqillik Günü mübarək. 31 il əvvəl – 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul etdi.

Xatırladım ki, müsəlman dünyasında ilk dəfə demokratik respublika 1918-ci il mayın 28-də elan edilmişdi. Bu arada Litva ilə çox ortaq cəhətləri var idi! O zamanın ən məşhur litvalısı Vintsas Kreve-Mitskyaviçius (yazıçı, şair, romançı, dramaturq, filoloq) idi. Əlbəttə sonralar o, Litvanın Azərbaycanda ilk konsulu oldu. Məsələn, general Motiejus Sulkevius Azərbaycan ordusunun yaradılmasında iştirak edib. Daha sonra buna görə bolşeviklər tərəfindən güllələnib. Kriçinskay qardaşları da Azərbaycan üzərində böyük Litva izi qoyublar. ADR dövründə Algirdas hətta ölkənin vitse-naziri, Leonas isə kansler olub.

Cəmi iki il sonra ADR parlamenti 200-dən çox qanun qəbul etdi. Azərbaycan ordusu yaradıldı. Qadınlar səsvermə hüququ əldə etdilər, hansı ki, ingilislər buna çox sonralar icazə verdi! Minlərlə insanın həyatını məhv edən qırmızı terror olmasaydı, təsəvvür edirsinizmi, Küləklər və İşıqlar ölkəsi hansı səviyyəyə çatardı!!!

ADR yalnız iki il mövcud olub!!! Amma elan olunmuş müstəqillik o qədər xüsusi idi ki, gələcəyə gedən yol hər bir azərbaycanlının qəlbində ulduz kimi parladı.

Hər bir yüksələn bayraq bu gün də bütün azərbaycanlıların gözündə yaşayır!!! Azərbaycan ziyalıları – Məşədi Əzizbəyov, Azər Məlikov, Ə.Axundov və Məmməd Əmin Rəsulzadə o vaxt sanki mümkünsüzü ediblər!!! Xatirələri əbədi olsun!!! Mənim də taleyim Azərbaycanla bağlı olduğu üçün fəxr edirəm.

Azərbaycan xalqının ən böyük gücü birlik və inamdır ki, bu da xüsusilə ən çətin günlərdə hər zaman təzahür edir!!! Mən bu gözəl ölkənin gözəl gələcəyinə inanıram!”.

Teqlər: