Litvalı deputatlar Azərbaycan sərhədinə gəldi

Litvalı deputatlar Azərbaycan sərhədinə gəldi

Litva-Ermənistan parlament dostluq qrupunun üzvləri Azərbaycanla sərhədə gəliblər.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, deputatlar Arazdəyəndə, xüsusən də Azərbaycanla sərhəddə yerləşən ərazidə olublar.

Qeyd olunur ki, litvalı deputatlar AB-nin mülki missiyasının müşahidəçiləri ilə söhbət edib, sərhəddəki vəziyyətlə tanış olublar.

Müşahidəçilər nümayəndə heyətini Ermənistan-Amerika sərmayələri hesabına metallurgiya zavodunun tikintisi nəzərdə tutulan yerə aparıblar.

Teqlər: