Litva Rusiya ilə sərhədi bağlamaqdan imtina etdi

Litva Rusiya ilə sərhədi bağlamaqdan imtina etdi

Litva Rusiya ilə sərhədi bağlamaqda Finlandiyanın addımını atmaqda ehtiyac görmür.

AzerTimes xəbər verir ki, bunu Litva daxili işlər naziri Aqne Bilotaite bildirib.

“Hələlik biz regional həllə ehtiyac görmürük. Litvanın sərhədləri hələ də sakitdir. Bizim aydın təhdid göstəricilərimiz var, ona uyğun hərəkət edəcəyik. Biz vəziyyəti izləyirik və dəyişiklik olarsa, reaksiya verəcəyik”, – nazir vurğulayıb.

Qeyd edək ki, daha öncə Finlandiya Rusiya ilə sərhəd keçid-məntəqələrini bağlayacağını, Norveç isə vəziyyəti izlədiklərini bəyan edib. Estoniya da Litva kimi hələlik sərhədi bağlamağı ehtiyac görməyib.

Teqlər: