Litva hökuməti əhaliyə və müəssisələrə təbii qaz və elektrik enerjisi xərclərini kompensasiya etmək üçün təxminən 557 milyon avro ayırmaq qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Litva Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Vəsait sahibkarlıq subyektlərinə və məişət istehlakçılarına elektrik enerjisi və qaza görə kompensasiyaların ödənilməsinə yönəldiləcək”, – məlumatda qeyd olunub.
Bildirilib ki, 382,8 milyon avro əhaliyə, 174 milyon avro isə sahibkarlıq subyektlərinə veriləcək.