Çavuşoğlu ilə Koen arasında telefon danışığı baş tutdu

Çavuşoğlu ilə Koen arasında telefon danışığı baş tutdu

Türkiyə xarici işlər naziri Çavuşoğlu ilə İsrailin yeni xarici işlər naziri Eli Koen arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Çavuşoğlu Türkiyənin Fələstin məsələsi ilə bağlı həssaslığını və gözləntilərini İsrail xarici işlər naziri Eli Koenə xatırladıb və bu kontekstdə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin dünən Əl-Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkətinin qəbuledilməz olduğunu bildirib.

Həmçinin görüş zamanı hər iki nazir ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün birgə işləmək barədə razılığa gəliblər.

Teqlər: