Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan
Respublikasına rəsmi səfəri mayın 19-da başa çatıb.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı
Diana Nausedieneni Azərbaycan Respublikası Baş nazirinin birinci
müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov
və digər rəsmi şəxslər yola saldılar.

Teqlər: