Litva Prezidenti Gitanas Nauseda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti
Gitanas Nauseda mayın 18-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.

Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman
Vətən övladlarının məzarlarını ziyarət etdi.

Litva Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında
Litvanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini
seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən
abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Teqlər: