Litva Kalininqrada qadağanı aradan qaldırdı

Litva Kalininqrada qadağanı aradan qaldırdı

Litva Dəmir Yolları iyulun 22-dən Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilmiş yüklərin Rusiya Federasiyasının Kalininqrad vilayətinə tranzitini bərpa edib.

AzerTimes xəbər verir ki, bu barədə Litva Dəmir Yol idarəsinin nümayəndəsi Mantas Dubauskas məlumat yayıb.

Sanksiyaya məruz qalan yüklərin dəmir yolu ilə tranzitinə icazə verilsə də, avtomobillə daşımalar hələ də qadağan olaraq qalır.

Teqlər: