Litva ilə Latviyanı birləşdirən qaz kəməri partladı

Litva ilə Latviyanı birləşdirən qaz kəməri partladı

Litvanın Pasvalski rayonundan keçən magistral qaz kəmərində güclü partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Delfi” agentliyi məlumat yayıb.

Partlayış nəticəsində xəsarət alan yoxdur. Yerli icra orqanları yaxınlıqda yaşayan əhalinin təxliyəsinə başlayır.

Bildirilir ki, partlayışın baş verdiyi qaz kəməri Litvanın şimal hissəsini qazla təminatında və Latviyaya qaz nəqlində istifadə edilir.

Partlayışın səbəbi açıqlanmır.

Teqlər: