Lisiçanskı bu iki rus generalı işğal etdi

Lisiçanskı bu iki rus generalı işğal etdi

Lisiçansk vilayətində hərbi əməliyyatlara iki yüksək rütbəli rus komandiri cavabdeh olub. Bu, əslində olduqca diqqətəlayiqdir və Rusiya Prezidenti Vladimir Putinin kiçik zabitlərə etibar etməməsinin göstəricisidir.

AzerTimes xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.

“Lisiçanskdakı əməliyyatlara Mərkəzi Hərbi Dairənin komandanı, general-polkovnik Aleksandr Lapin və Rusiya Aerokosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Suvorikin (o, həm də Ukraynada Rusiyanın cənub qoşun qrupuna komandanlıq edir) məsuliyyət daşıyırdılar. İki yüksək rütbəli zabitin bu əməliyyatda iştirakı Putinin Lisiçanska verdiyi önəmdən və kiçik rütbəli zabitlərə inamının olmamasından xəbər verir”, – məlumatda deyilir.

Teqlər: