Lisey və gimnaziyalara qəbul imtahanlarının vaxtı açıqlanıb

Lisey və gimnaziyalara qəbul imtahanlarının vaxtı açıqlanıb.

AzerTimes xəbər verir ki, Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev bildirib ki, lisey və gimnaziyalara qəbulla bağlı sistem kifayət qədər asandır:

“Sistemin 2 gündür açılmasına baxmayaraq, artıq 3000-dən çox şəxs imtahan üçün qeydiyyatdan keçib. 16, 17, 18 və 21 iyun tarixlərində lisey və gimnaziyalara qəbul imtahanı olacaq. Başqa sözlə, imtahanlar tədris bitdikdən sonra keçiriləcək. Biz istəyirik ki, şagirdlərimiz yay tətilində rahat dincəlsinlər, çünki istidə imtahana hazırlaşmaq bəzən onlar üçün çətin olur. Ona görə də tədris müddəti bitdikdən dərhal sonra qəbul imtahanı keçirəcəyik”.


Nazirlik rəsmizi qeyd edib ki, 16 iyunda VI siniflərə qəbul keçiriləcək, bu, o deməkdir ki, hazırda V sinifdə oxuyan şagirdlər imtahan verəcək. 17 iyunda V siniflərə qəbul imtahanı olacaq, yəni hazırda IV sinifdə oxuyan şagirdlər üçün. 18 iyunda VII siniflərə qəbul olacaq, yəni hazırda VI sinifdə oxuyanlar üçün. 21 iyunda isə VIII və IX sinifdə oxuyan şagirdlər üçün qəbul imtahanı olacaq, bu, o deməkdir ki, imtahan hazırda VII və VIII sinifdə oxuyanlar üçün keçiriləcək.

Teqlər: