Lionle Messi ilk 5 liqada ən pis oyunçu oldu

“Pari Sen Jermen” futbol klubunun argentinalı hücumçusu Lionel
Messi top 5 liqalarda təhlükəli vəziyyətlərin qollara çevrilməsinə
görə ən pis oyunçudur.

AzerTimes-ın
məlumatına görə, bu barədə “WhoScored” portalı xəbər verib.

L.Messi ölkə çempionatlarında cari mövsümdə ən azı 10 təhlükəli
epizod yaradan 165 futbolçu arasında ən pis nəticəni göstərib. 34
yaşlı hücumçuda təhlükəli vəziyyətlərin qollara çevrilmə faizi 8,3
olub.

Argentinalı futbolçu Fransa çempionatında “PSJ”-in heyətində 23
oyun keçirib və bu oyunda 4 qol vurub, 13 məhsuldar ötürmə
edib.

Teqlər: