Leysan yağışlar Türkiyədə sürüşməyə səbəb oldu, ölən var

Türkiyədə leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər itkin düşüb.

AzerTimes-ın məlumatına görə, Rize vilayətində leysan yağışlarına görə çaylarıdakı suyun səviyyəsini artıb.

Rize vilayətinin qubernatorluğundan bildirilib, vilayətin mərkəz hissəsində, Güneysu və Çaeli rayonlarında da daxil olmaqla bir çox yerində sürüşmə və daşqınlar qeydə alınıb.


Axtarış-xilasetmə işləri zamanı Muradiye rayonunda torpaq sürüşməsi nəticəsində çökən evin dağıntıları yerində bir nəfərin cəsədi tapılıb. Üç nəfərin itkin olduğu, daha dörd nəfərin yaralandığı bildirilib.

Türkiyə Prezidenti Rəcəb Ərdoğan tapşırığına əsasən, Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum, Daxili İşlər naziri Süleyman Soylu və Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bölgəyə yola düşüblər.