“Leyli və Məcnun” Təbrizdə tamaşaya qoyulur

“Leyli və Məcnun” Təbrizdə tamaşaya qoyulur

Oktyabrın 16-da Təbrizin Tərbiyət Mədəniyyət Mərkəzində “Leyli və Məcnun” tamaşası səhnəyə qoyulacaq.

AzerTimes xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb.

Bildirilib ki, tamaşanın səhnəyə çıxarılmasına bir həftə qalmış biletlərin hamısı satılıb.

Yaqub Sədiq Camalinin rejissoru olduğu tamaşanın böyük maraq doğurmasının səbəbi səhnə əsərinin Azərbaycan dilində olması ilə əlaqələndirilir.

Teqlər: