Anar Bağırov Qazaxıstanda xüsusi medalla təltif olundu

Anar Bağırov Qazaxıstanda xüsusi medalla təltif olundu

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov Qazaxıstanda xüsusi medalla təltif edilib.

Bu barədə AzerTimes-a Kollegiyadan məlumat verilib.

Qeyd olunub ki, VK-nin sədri A.Bağırov Qazaxıstan Milli Vəkillər Kollegiyasının (QMVK) Rəyasət Heyətinin qərarı ilə Qazaxıstan vəkilliyinin inkişafındakı müstəsna xidmətlərinə görə xüsusi medalla təltif olunub.

Eyni zamanda A.Bağırov qazaxıstanlı həmkarı Aidyn Bikebayevə QMVK-nın emblemini əks etdirən xatirə xalçası hədiyyə edib.

Qeyd edək ki, cari ilin 5-7 oktyabr tarixlərində ARVK sədri A.Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti QMVK-nın dəvəti ilə “Qanunun aliliyinə əsaslanan güclü vəkillik peşəsi” adlı VII Qazaxıstan Beynəlxalq Vəkillər Forumunda iştirak edib.

Teqlər: