Leyla Əliyeva Gəncədə uşaqlara sevinc bəxş etdi (FОТО)

Gəncə şəhərində valideyn himayəsindən məhrum və xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi
Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə bayram şənliyi keçirilib.

Trend xəbər
verir ki, şənlikdə Gəncə Uşaq Evi və SOS Uşaq Kəndləri Gəncə
filialının nəzarətində olan, eləcə də şəhid ailələrindən 150-dən
çox uşaq iştirak edib.

Tədbirdə uşaqlar üçün bayram süfrəsi açılıb, animator və
maskotlar musiqi sədaları altında balaca dostları əyləndirib, onlar
üçün maraqlı oyunlar təşkil edib, əsl bayram əhval-ruhiyyəsi
yaşadıblar.

Qeyd edək ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan,
valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrdən olan
uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən
onlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək
göstərilir.

Teqlər: