Belqradın AB-yə daxil olmaq yolunda islahatlarda irəliləyiş əldə etməsi təqdirəlayiqdir, lakin Brüsselin xarici siyasətinə sadiq qalmaq da vacibdir.
AzerTimes xəbər verir ki, bu sözləri Serbiyada səfərdə olan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
“Serbiya artıq çox şey edib, biz daha çox irəliləyiş əldə etmək üçün birlikdə işləyirik. Amma bizim ümumi təhlükəsizlik və xarici siyasətimizə qoşulmaq da vacibdir”, – deyə Leyen mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AB ölkələri ortaq dəyərləri bölüşür, geosiyasi qərarlar qəbul edərkən ümumi yolla hərəkət edir.