“Lex”in iki oyunçusu “Qarabağ”la matçı buraxacaq

“Lex”in iki oyunçusu “Qarabağ”la matçı buraxacaq

Polşanın “Lex” klubunun 2 futbolçusu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” komandası ilə oyunları buraxacaq.

AzerTimes xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

Niderlandlı mütəxəssisin sözlərinə görə, polşalı müdafiəçi Bartoş Salamon zədə, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün qarşıdakı görüşlərdə meydana çıxmayacaqlar.

“Qarabağ”la “Lex” arasındakı ilk oyun iyulun 5-də Poznanda keçiriləcək. Cavab qarşılaşması isə 1 həftə sonra Bakıda baş tutacaq.

Teqlər: