“Lex” – “Qarabağ” oyununa nə qədər bilet satılıb?

“Lex” – “Qarabağ” oyununa nə qədər bilet satılıb?

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşada “Lex” ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

AzerTimes xəbər verir ki, bu barədə Polşa təmsilçisinin rəsmi Tvitter hesabında məlumat paylaşılıb.

Bildirilir ki, qarşılaşma üçün 22 mindən çox bilet satılıb.

Polşa çempionu kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. “Poznan” stadionu 43 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, iyulun 5-də oynanılacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda gerçəkləşəcək.

Teqlər: