Oktyabrın 12-də səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrində qaya uçqunu hadisəsi baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a bildirilib ki, nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Hazırda Lerik-Kəlvəz yolunun bir hissəsi qaya parçalarından təmizlənib, hərəkət qismən bərpa edilib.
Yolun hərəkət hissəsinin qaya parçalarından tam təmizlənməsi istiqamətində işlər aparılır.