Lerikdə ağır qəza: yaralılar var

Lerikdə ağır qəza: yaralılar var

Lerikdə xəsarətlə nəticələnən yol qəzası olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Tikabənd kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Tehran Sehran oğlu Qasımovun idarə etdiyi “Ural-4320” markalı avtomobil aşıb. Nəticədə sürücü, habelə daha iki nəfər – 1994-cü il təvəllüdlü Sərxan Adıgözəl oğlu Ağayev, Lənkəran rayonu Şağlaküçə kənd sakini, 1990-cı il təvəllüdlü Mirbəşir Mirələm oğlu Miriyev xəsarət alıb.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: