Leobank Rəqəmsal Bank artıq 300 000 müştəriyə sahibdir

Leobank - rəqəmsal internet bankıAzərbaycanda
internet bankçılıq fəal şəkildə inkişaf edir, bu da bazara yeni
oyunçuların daxil olmasına köməklik edir. Məsələn, Leobank –
Unibank-ın təqdim etdiyi yeni mobil bankçılıq xidməti.

Müasir insanı bank kartı və smartfonsuz təsəvvür etmək mümkün
deyil. Bu, təkçə rahatlıq demək deyil, bu həm də dünyanın hansı
nöqtəsində olmağınızdan asılı olmayaraq həyatı xeyli asanlaşdıran
bir məqamdır. Filiallardan, nümayəndəliklərdən və sənədləşmə
işlərindən asılı olmayan onlayn bank olduqda isə, hər şey ikiqat
asanlaşır.

Bəs mobil bankdırsa, kartı
necə əldə etmək olar? Cavab sualın özündədir. Android
IOS
istifadəçiləri üçün Leo tətbiqini yükləmək kifayətdir. Daha sonra
üç dəqiqədən çox çəkməyən və minimum sayda sənəd tələb edən sadə
qeydiyyat aparılır. Sonda isə kartı qəbul etmək üçün uyğun vaxt və
yeri qeyd edin. Bəli, kart bank əməkdaşı tərəfindən çatdırılacaq və
ya Unibank-ın sizə rahat olan filialından götürə bilərsiniz!

Kart asanlıqla ApplePay-ə əlavə edilir, ona görə də kartınız
evdə qalsa belə, onlayn bank daim cibinizdədir. Ama çətin ki, siz
ondan ayrılasınız – dəbli dizayn, zərif qara rəng diqqətsiz
qalmaz.

Bəs “Leobank” müştəriləri başqa nə ilə cəlb edə bilər?

Rahat tətbiqdən əlavə, bank müştərilərinə bir neçə sərfəli
təkliflər təqdim edir. Onlardan biri, cashback sistemidir. Bəli,
bununla bu gün kimisə təcübləndirmək çətindir, lakin bankın
partnyorluq proqramı təkmilləşdirilir və dünyanın istənilən yerində
etdiyiniz alış-verişlərə görə bonuslar təqdim edir. Kateqoriyaları
seçərək, xərclərin 20%-ə qədərini hesaba geri almaq mümkündür.

Bundan əlavə, onlayn bank – istifadəçilərlə gecə-gündüz əlaqədə
olmaq deməkdir. Nəinki həmişə cavab verməyə hazır olan əməkdaşlar,
həm də suallarınıza başa düşülən, sadə bir dildə cavab alacaqsınız.
Leo-nun dəstək xidməti həm zənglərdə, həm də WhatsApp, Telegram,
Instagram, Messenger Facebook-da mövcuddur.

Həmçinin, İnternet bankçılıq istifadəçilər arasında sürətli pul
köçürmələrinə imkan verir. Leobank kartına pul göndərdikdə,
əməliyatlara görə komissiya tutulmur. Əgər köçürməni alan şəxs
yaxındadırsa, kartın nömrəsinə ehtiyac yoxdur. Bu, qeyri adi görünə
bilər, lakin bu sadəcə onlayn bankın əlavə etdiyi yeni bir
xidmətdir – Shake to Pay.

Leobank proqramıBu necə
işləyir:

  • smartfonlarda Leo tətbiqini açın;
  • telefonları silkələyin;
  • tətbiq yaxınlıqda olan istifadəçini göstərəcək;
  • sizə lazım olanı seçin və iki kliklə köçürmə edin!

Bəs filial yoxdursa kartın balansını necə artırmaq olar?

Çox sadə. Bunu iki yolla edə bilərsiniz:

Unibank bankomatları vasitəsilə.

MilliOn, E-Manat, Express Pay ödəniş terminallarının
vasitəsilə.

Balansı artırdıqda heç bir komissiya tutulmur. Yeri gəlmişkən,
siz həm də pulu faizsiz nağdlaşdıra bilərsiniz, bunun üçün sizə
Unibank bankomatı yetərlidir. Tətbiqdə sizə yaxın olan
bankomatların siyahısı var və bu sizin işinizi xeyli
asanlaşdıracaq.

Gördüyünüz kimi, Leo müştərisi
olmaq nəinki çox asan, həm də sərfəlidir.

Teqlər: