Azərbaycanla Gürcüstan arasında möhkəm dostluq əlaqələri var – Nazir

İliya Darçiaşvilinin Gürcüstan xarici işlər naziri təyin
olunmasından sonra ilk rəsmi səfərini Azərbaycana etməsini
ölkələrimiz arasında olan strateji tərəfdaşlığın bariz nümunəsi
kimi qiymətləndiririk və yüksək dəyərləndiririk.

AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun
Bayramov Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri
İliya Darçiaşvili ilə birgə brifinqdə deyib.

Nazir bildirib ki, Azərbaycan və Gürcüstan arasında tarixi
möhkəm dostluq əlaqələri mövcuddur. “Azərbaycan və Gürcüstan
mehriban qonşuluq və əməkdaşlıq siyasəti yürüdür, münasibətlərimiz
bir çox sahələrdə inkişaf edir. Hər iki ölkə bir-birinin ərazi
bütövlüyünü dəstəkləyir”, – C.Bayramov vurğulayıb.

Teqlər: