Leo Dokerti dövlət naziri təyin olundu

Leo Dokerti dövlət naziri təyin olundu

Leo Dokerti Böyük Britaniyanın silahlı qüvvələr üzrə dövlət naziri təyin olunub.

AzerTimes xəbər verir ki, bu barədə Leo Dokerti özü X hesabında məlumat paylaşıb.

O, silahlı qüvvələr üzrə dövlət naziri kimi Müdafiə Qərargahına qayıtmaqdan məmnun olduğunu bildirib.

Qeyd edək ki, Dokerti daha öncə Avropa məsələləri üzrə dövlət naziri olub.

Teqlər: