Lənkəranın simvolu olan tarixi abidə bərpa ediləcək? – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Lənkəran rayonunun simvolu olan qədim tarixi abidə – Dairəvi qala məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Qalanın bərpa edilməsi üçün hansı işlər görülür?

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.


Onun sözlərinə görə, Lənkəran şəhərində yerləşən Dairəvi qalanın bərpa-konservasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

“Tarixi abidənin layihə-smeta sənədləri hazırlanıb və bərpa edilməsi üçün investisiya planına daxil edilib. Tarixi abidənin bərpa olunması üçün müvafiq proseduralar davam etdirilir”, – deyə qurum rəsmisi bildirib.

Teqlər: