Lənkəranda zəncirvari qəza: ata və oğlu öldü

Lənkəranda zəncirvari qəza: ata və oğlu öldü

Lənkəranda yol qəzasında ata və oğul ölüb.

AzerTimes xəbər verir ki, hadisə rayonunun Sütəmurdov kəndi ərazisində baş verib.

Belə ki, zəncirvari qəzada VAZ-2109, “Şevrolet Kruz” və “Mercedes” markalı nəqliyyat vasitələri toqquşub.

Nəticədə VAZ-2109 olan sürücü və oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: