Lənkəranda su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib – FHN (FOTO)

Davam edən yağıntıların törətdiyi fəsadların aradan qaldırılması
istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri
tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bu barədə AzerTimes-a FHNd-ən bildirilib.

Belə ki, gün ərzində FHN-in Cənub Regional Mərkəzinin qüvvələri
tərəfindən Lənkəran rayonunun Liman şəhəri və Boladi kəndində su
basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata
keçirilib.

Teqlər: