Lənkəranda qadın doğuşdan sonra ölüb

Xəbər - Samir Əli – Trend:

Lənkəranda doğuşdan sonra ananın ölümü ilə bağlı araşdırmalara başlanıb.

Lənkəran rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də “39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.
Hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: