Bakıda “Mercedes” iki azyaşlı bacını vurdu

Xəbər - Samir Əli – Trend:

Bakıda avtomobil iki azyaşlı qızı vurub. AzerTimes-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək küçədə 2014-cü il təvəllüdlü Məmmədli Aysel Cavid qızı və 2015-ci il təvəllüdlü Məmmədli Həvva Cavid qızını vurub. Azyaşlılar təcili tibbi yardımla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər: