Lənkəranda piyada vuruldu: 4 maşın toqquşdu – Foto

Lənkəranda piyada vuruldu: 4 maşın toqquşdu – Foto

Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonunun Şilavar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil piyada Gülnaz Fərman qızı Cahangirovanı vurub. Daha sonra “Niva”, VAZ-2106 , “Mitsubişi Pajero” markalı minik avtomobillləri və “Ford Transit” markalı yük avtomobili toqquşub.

Zəncirvari qəza zamanı xəsarət alan piyada və sürücülərdən biri – Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Mircavad oğlu Kazımov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: