Lənkəranda meyxanaçılar cərimələnib

Xəbər - Samir Əli – Trend:

Lənkəranda karantin qaydalarını pozanlar cərimələnib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayonun Darquba kəndində yerləşən “Armudluq” restoranında axşam saatlarında meyxana məclisinin keçirildiyi, Rvo kəndində yerləşən çayxananın isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin obyektlərlə bağlı ümumilikdə 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib

Teqlər: