Lənkəranda KOB Fest sərgi-satış yarmarkası keçirilib (FOTO)

Mayın 22-də Lənkəran şəhərində KOB Fest sərgi-satış yarmarkası
təşkil olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AzerTimes-a verilən məlumata görə, Heydər
Əliyev Parkında keçirilmiş “KOB Fest”də 70-ə yaxın mikro və kiçik
sahibkarlıq subyektinin 500-dən çox adda qida və qeyri-qida
məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri
təqdim edilib. Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar,
Lerik və s. rayonlardan olan sahibkarlar tərəfindən yarmarkada
yerli istehsal olan çay, düyü, sitrus meyvələri, mebel, müxtəlif
qida məhsulları, hədiyyəlik əşyalar, əl işləri, bank, təhsil və
tibb xidmətləri nümayiş olunub. Bununla yanaşı, cənub bölgəsinə aid
milli mətbəx yerli turizm müsissələri tərəfindən sərgi
iştirakçılarına təqdim edilib. Eyni zamanda “KOB Fest” çərçivəsində
mədəni-əyləncəli proqram təşkil olunub.

Yarmarka Lənkəran və ətraf rayonların KOB subyektləri tərəfindən
istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli
məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar
arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilib.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilmiş KOB Fest
sərgi-satış yarmarkası sayca dördüncüdür. Bundan əvvəl “KOB Fest”
Bakı və Gəncə şəhərlərində, Şəmkir rayonunda təşkil edilib. “KOB
Fest”in iyun və iyul aylarında Sumqayıt və Şəki şəhərlərində, eləcə
də Quba rayonunda keçirilməsi planlaşdırılır.

Teqlər: