Lənkəran şəhərinin Sütəmurdov kəndində ümumi sahəsi 200 m² (hər
mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət
evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m²
sahədə, ikinci mərtəbəsində 2 otağın, aynabəndin yanar
konstruksiyaları və dam örtüyü 90 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, evin qalan
hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.