Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində dağlıq və meşəlik ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən AzerTimes-a verilən məlumata görə, vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaş xilasedicilərin köməkliyi ilə təhlükəsiz təhlükəsiz əraziyə endirilib.