Lənkəranda avtomobil çaya aşdı: ölənlər var

Lənkəranda avtomobil çaya aşdı: ölənlər var

Lənkəran sakini İlqar Bayramov idarə etdiyi “Niva” markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkət olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: