Lənkəranda 6 yaşlı qız qızılcadan öldü

Lənkəranda 6 yaşlı qız qızılcadan öldü

Lənkəranda azyaşlı qız qızılcadan ölüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, rayonunun Veravul kənd sakini 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub.

Zəruri yardımlar göstərilsə də uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: