Lənkəranda 22 yaşlı qız dəm qazından öldü

Lənkəranda 22 yaşlı qız dəm qazından öldü

Lənkəranın Yuxarı Nüvədi kəndində 22 yaşlı qız dəm qazından ölüb.

AzerTimes xəbər verir ki, 22 yaşlı Səkinə Balağa qızı Məmmədova vanna otağında huşunu itirib.

Ailə üzvləri S.Məmmədovanı ağır vəziyyətdə aşkar ediblər. Gənc qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılana qədər yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: