Lənkəran sakini qızıllarının oğurlanması ilə bağlı polisə yalan məlumat verib

Lənkəran sakininin 12 000 manat dəyərində qızıl-zinət əşyasının
oğurlanması ilə bağlı polisə yalan məlumat verdiyi müəyyən
edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional
qrupundan AzerTimes-a verilən məlumata görə, rayon sakini Xalid Həmidov
polisə müraciət edərək özünə məxsus olan “Vaz 2107” markalı
avtomobildən 12 min manat dəyərində qızıl-zinət əşyalarının
oğurlandığını deyib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin
polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Həmin
qızıl-zinət əşyalarının X.Həmidovda olduğu müəyyən edilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma
aparılır.

Vətəndaşlara bir daha xəbərdarlıq edilir ki, polis və digər
dövlət qurumlarına yalan məlumat vermək hüquqi məsuliyyət
yaradır.

Teqlər: