Leninin Finlandiyada sonuncu abidəsi də sökülür

Leninin Finlandiyada sonuncu abidəsi də sökülür

Finlandiyanın Kotka şəhər şurası Sovet lideri Vladimir Leninin sonuncu abidəsinin sökülməsi barədə qərar qəbul edib.

AzerTimes xəbər verir ki, abidənin muzeyə köçürülməsi təklifi həm şəhər şurası, həm də şəhər sakinlərindən gəlib.

Bildirilir ki, son illərdə dəfələrlə dağıdılan və zədələnən abidənin indi Kymenlaakso muzeyinə köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, eston heykəltəraş Matti Varik tərəfindən inşa edilən abidə Kotkanın o dövrdəki qardaş şəhəri sayılan Estoniyanın paytaxtı Tallinndən hədiyyə olaraq götürülüb.

Teqlər: