Lekler “Formula-1” üzrə Bəhreyn Qran Prisinin təsnifatının qalibi olub

“Ferrari” komandasının monakolu pilotu Şarl Lekler “Formula-1”
üzrə Bəhreyn Qran Prisinin təsnifatının qalibi olub.

AzerTimes-ın məlumatına görə, təsnifatı ikinci pillədə “Red Bull”
komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü pillədə isə “Ferrari” komandasının ispaniyalı pilotu Karlos Sayns başa
vurublar.

Qeyd edək ki, əsas yarış martın 20-si Bakı vaxtı ilə saat
19:00-da başlayacaq.

Teqlər: