Legion sərhəddə: Rusiyaya hücuma keçir – Video

Legion sərhəddə: Rusiyaya hücuma keçir – Video

Biz, Rusiyanın Azadlığı Legionu, vətənimizin sərhədinin yaxınlığındayıq. Çox tezliklə sülh və sabitlik gətirmək üçün Rusiyaya girəcəyik. Qrayvoron (Belqorod vilayətində şəhər – red.) sadəcə başlanğıcdır.

AzerTimes xəbər verir ki, bu sözləri Belqorod vilayətindən Rusiyaya daxil olmağa hazırlaşan Rusiyanın Azadlığı Legionunun döyüşçülərindən biri sərhəddən yaydığı video-müraciətdə deyib.

“Putinin hərbi çaqqallarından bizə çoxlu silah-sursat qalıb. Buna görə tərəfdarlarımızı daha çox silahla təmin edə bilirik. Biz Moskvada ağ-mavi –ağ bayrağımızı qaldırmaq üçün Belqoroddan Vladivostoka qədər bütün Rusiyanı azad etməyə gedirik”, – o qeyd edib.

Xatırladaq ki, legion ilk dəfə 22 mayda Belqoroda girmiş, Qrayvoron şəhəri də daxil olmaqla, bir neçə kəndi ələ keçirmişdi.

Teqlər: